Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sabunçu rayonunda qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi, həmçinin "Quşçuluq" qaz xətləri üzərində quraşdırılmış tənzimləyicilərin yeniləri ilə əvəzlənməsi məqsədilə iyunun 24-ü saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Nardaran, Ramana, Sabunçu və Maştağa qəsəbələrinin bir hissəsinin, Suraxanı rayonunda isə Deputatski küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sabirabad rayonunun daha bir kəndinin qaz təchizatında fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, "Payız-Qış" mövsümünə hazırlıqla bağlı tədbirlər planında nəzərdə tutulmuş işlərin icrası məqsədi ilə Sabirabad rayonunun Zəngənə kəndində yeni 500 m³/saat ŞQTM-in quraşdırılması məqsədilə əlaqədar 24.06.2025-ci il saat 10:00-dan etibarən quraşdırılma işləri başa çatanadək Zəngənə kəndində (ümumi 618 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Qeyd edək ki, diametri 315 mm-lik PE "Ulacalı-Qaragüney" ortatəzyiqli yeraltı qaz kəməri üzərində quraşdırılmış D300 mm-lik siyirtmənin flyans birləşmələrində yaranmış qaz sızmasının aradan qaldırılması məqsədilə 24.06.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək Sabirabad rayonunun Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovuşan, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 7 846 abonent) də qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Sabirabad rayonunun 17 kəndində qaz təchizatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, diametri 315 mm-lik PE "Ulacalı-Qaragüney" ortatəzyiqli yeraltı qaz kəməri üzərində quraşdırılmış D300 mm-lik siyirtmənin flyans birləşmələrində yaranmış qaz sızmasının aradan qaldırılması məqsədilə 24.06.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək Sabirabad rayonunun Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovuşan, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 7 846 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.