Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanın dirçəliş tarixi: Ulu öndərin başlatdığı siyasətin uğurlu davamı
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Ukraynanın "Kyiv Diplomatic" saytında 15 İyun - Milli Qurtuluş Günü və ümummilli lider Heydər Əliyevə həsr olunmuş məqalə yerləşdirilib. Məqalənin müəllifləri həmvətənlərimiz - hüquq elmləri doktoru, professor, diplomat, Ukrayna Milli Elmlər Akademiyasının akademiki Arif Quliyev və Boqdan Xmelnitski adına Melitopol Dövlət Pedaqoji Universitetinin aspirantı Qara Həsənovdur.
Məqalədə Azərbaycan xalqının həyatında bir çox əlamətdar hadisələrin Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilib. Bildirilib ki, bu dahi, müdrik və qətiyyətli insanın liderliyi olmasaydı, gənc dövlətin taleyini təsəvvür etmək çətin olardı.
"Belarusun 23 vətəndaşı iyunun 16-da İrandan təxliyə edilib". "Belta.by" xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
"Belarus vətəndaşlarının 2 qrupu iyunun 16-da İran İslam Respublikasından uğurla çıxıblar. Onlarla birlikdə İranı 3 Rusiya vətəndaşı da tərk edib", - deyə xəbərdə qeyd olunub.
Ətraflı süjetdə:

"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Deputat: "Bugünkü Azərbaycan ulu öndərin xəyallarındakı ölkədir"
- Millət vəkili: "Heydər Əliyev Təbriz və Cənubi Azərbaycan məsələsini gündəmə gətirən ilk lider olub"
- Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 56-cı ildönümüdür
- Sahibə Qafarova: "Heydər Əliyevin başladığı tarixi missiyanı Prezident İlham Əliyev davam etdirir"
- Mixail Qusman Heydər Əliyevin media ilə işindən danışdı