Şabran rayonunda icra nümayəndəsi qız qaçırıb
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, rayonun Zeyvə ərazisinin icra nümayəndəsi Şəmsi Baryamov qızın valideynlərinin icazəsi olmadan bu addımı atıb.
Rayon polisindən bu barədə məlumatsız olduğu bildirilsə də, Şabran icra Hakimiyyətindən faktı təsdiqləyiblər. İcra Hakimiyətinin ərazi idarəetmə şöbəsinin rəhbəri İlkin Həsənov hadisənin 10-15 gün əvvəl baş verdiyini bildirməklə yanaşı, qız qaçıran icra nümayəndəsinin bunu evlənmək məqsədilə etdiyini deyib.
İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Fikrət Nuşiyev icra nümayəndəsinin qız qaçırmasından ancaq şifahi məlumatlı olduğunu bildirib: “Bu barədə icra hakimiyyətinə heç bir şikayət daxil olmayıb. Kiminsə şikayəti olsa, hüquq-mühafizə orqanlarına şikayət edə bilər. İcra hakimiyyətinin kiminsə şəxsi həyatına qarışmaq ixtiyarı yoxdur”.