Bakıda yanğın hadisəsi qeydə alınıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda “Sabunçu bazarı”nın ərazisində vətəndaşa məxsus ümumi sahəsi 65 m² olan mağazanın yanar konstruksiyaları, vətəndaşa məxsus ümumi sahəsi 12 m² olan gözəllik salonu və bitişik mağazaların dam örtükləri 60 m² sahədə yanıb.
Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Bitişik digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 23:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
A.S.
Video: APA