Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sabunçuda baş verən qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Yanvarın 2-də saat 23:40-da 1979-cu il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Döş qəfəsinin və baş-beynin əzilməsi diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və lazımi instrumental müayinələrdən keçirilib. Vəziyyəti orta ağır stabil qiymətləndirilən şəxs öz istəyilə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report" un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Vasif Vaqif oğlu Səfərov xəsarət alıb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər