Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sabunçuda bəzi küçələrdə yeni işıqforlar quraşdırılıb
Bakı şəhəri, Sabunçu rayonu sakinləri küçədə işıqfor olmamasından şikayətçidirlər.
Onlar Oxu.Az-a ünvanladıqları şikayətdə qeyd ediblər ki, Bakıxanov qəsəbəsi, Şərq və Gənclik küçələrinin kəsişməsində quraşdırılan işıqforlar iki ilə yaxındır işlək vəziyyətə gətirilməyib.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə bu vaxta qədər işıqfor olmayıb:
"Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şərq və Gənclik küçələrinin kəsişməsində bu vaxta qədər işıqfor olmayıb. NİİM-in əməkdaşları tərəfindən ərazidə təhlillər aparıldıqdan sonra, işlərə başlanılıb. Mərkəz tərəfindən kəsişmədə piyada işıqforları da daxil olmaqla ümumilikdə 12 yeni işıqfor quraşdırılıb və işə salınıb. Hazırda sürücü və piyadalar yoldan təhlükəsiz şəkildə istifadə edirlər".
Aygün Mirakif
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- "SOCAR Petroleum" yanacağa suyun qatılması iddiasına aydınlıq gətirib
- Oğuzun Mollalı kənd sakinləri sel təhlükəsi ilə üz-üzə: "45 ailəyə ziyan dəyib"
- MTK sakinləri dörd ildir necə aldadır? - Ortada nə pul var, nə də ev
- Hacı Zeynalabdin qəsəbəsinin sakinləri antisanitar vəziyyətdən narazıdırlar - ŞİKAYƏT
- 37 ailənin qazı, işığı niyə kəsilib?
Rəylər