Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Abşeronda zavodda baş verən faciə ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən zavodlardan birində qeydə alınıb.
Belə ki, zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakaşın üzərinə hava pəri aşıb. O, aldığı xəsarətlərdən aparıldığı xəstəxanada ölüb.
Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtdakı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər