Sabunçu rayonunda - Azərbaycan Dəmir Yollarının (ADY) Pirşağı stansiyasının yaxınlığında antisanitar vəziyyət hökm sürür.
Bu barədə Oxu.Az-a müraciət daxil olub.
Qeyd olunub ki, zibil konteynerlərinin ətrafına müxtəlif məişət tullantıları atılıb, ətrafı üfunət bürüyüb.
Maraqlıdır ki, ərazidə Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən üzərində "Gəlin təbiəti çirkləndirməyək!" çağırışı olan xəbərdarlıq lövhəsi yerləşdirilsə də, onun beş addımlığında iri həcmdə tullantılar qalaqlanıb.
Müraciət edən sakin bildirib ki, problem təkcə həmin nöqtə ilə məhdudlaşmır:
"Bütün qəsəbə bu vəziyyətdədir".
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.