Bakı şəhəri, Sabunçu rayonunda sakinlər içməli suyun yola axmasından şikayətçidirlər.
Bu barədə sakinlər Oxu.Az-a ünvanladıqları müraciətdə məlumat veriblər.
Onların sözlərinə görə, rayonun Şəhər şosesi, döngə 5-6 ünvanında yeddi aydır su mərkəzi yola və küçələrə axır:
"Yeddi aydır suyun yola axmasına baxmayaraq nə gəlib baxan var, nə də ki düzəldən".
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Ərazidən videonu təqdim edirik:
Aygün Mirakif