Azərbaycanda şagirdlər üçün köməkçi mentor funksiyasını yerinə yetirəcək "EduSLM" adlı süni intellekt həlli istifadəyə veriləcək.
Oxu.Az İTV-yə istinadən verdiyi məlumata görə, layihə Elm və Təhsil Nazirliyi ilə BƏƏ-nin "Presight G42" şirkəti arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Sistem şagirdlərin bilik səviyyəsinə uyğun fərdiləşdirilmiş dəstək təqdim edəcək. "EduSLM" dərsliklərdəki sualları cavablandıracaq, testlər hazırlayacaq, ev tapşırıqlarını yoxlayıb qiymətləndirəcək. Bundan əlavə, platforma interaktiv tədris materialları yaradacaq, şagirdlərin nailiyyətlərini təhlil edəcək və tədris prosesinin daha səmərəli təşkilinə dəstək verəcək.
Lakin müəllimlər və valideynlər platformanın tətbiqinə birmənalı yanaşmırlar.