Bir qədər əvvəl “Sahil” metrostansiyasında yaşanan qatar gecikməsi halı ilə bağlı əhali narahat olub. Sərnişinlər qatara minə bilməyib.
Oxu.Az xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Nəsimi Paşayev Modern.az-a açıqlamasında ciddi problemin olmadığını deyib.
““İçərişəhər” stansiyasından hərəkət edən 11 nömrəli marşrutda nasazlıq yaranıb. Qatar boşaldılıb və depoya göndərilib. Ona görə gecikmə halı yaşanıb. Hazırda hər şey qaydasındadır”.