Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sakinlər çətin tərbiyə edilən uşaqlar üçün yaradılan müəssisə barədə nə fikirləşirlər?
Bu yaxınlarda Elm və Təhsil Nazirliyi tərəfindən Bakı şəhərində çətin tərbiyə edilən uşaqlar üçün təlim-tərbiyə müəssisə yaradılıb.
Baku TV 2025-ci ildən fəaliyyət göstərəcək müəssisə ilə bağlı sorğu keçirib və paytaxt sakinlərinin fikirlərini öyrənib.
Bu addımı müsbət qiymətləndirənlər də olub, övladını bu müəssisəyə verməyə qəti şəkildə qarşı çıxanlar da.
"Əgər uşağın qanında tərbiyəsizlik varsa, ona özəl müəssisə heç nə edə bilməz", - sakin söyləyib.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, ləğv edilmiş sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin bazasında yaradılan müəssisəyə 8 yaşından 18 yaşına qədər çətin tərbiyə olunan şagirdlər qəbul ediləcəklər:
"Yeni yaradılan müəssisədə yetkinlik yaşına çatmayanların ibtidai, ümumi, orta və tam orta təhsil səviyyələri üzrə təhsilinin, həmçinin onların davranışlarının korreksiyası və cəmiyyətə uyğunlaşmasının, o cümlədən tibbi-pedaqoji reabilitasiyasının, habelə psixoloji reabilitasiyasının və korreksiyasının həyata keçirilməsi nəzərdə tutulub".
Müəssisədə tədris ümumi təhsil proqramına uyğun olaraq aparılacaq. Çətin tərbiyə edilən uşaqların necə müəyyənləşdirilməsi məsələsinə gəldikdə isə, Nazirlikdən bildirilib ki, müəssisə fəaliyyətə başladıqdan sonra bu barədə detallar açıqlanacaq.
Daha ətraflı videomaterialda:
"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi" teqi üzrə xəbərlər
- "Qarabağın təbii ehtiyatları atlası"nın elektron variantı hazırlanıb
- Nazir məktəblərdə pul yığılması ilə bağlı iddialara münasibət bildirib
- Əsgərlərlə görüşlərə müvəqqəti məhdudiyyət qoyuldu: Məktəblərdə də qapanma gözlənilir?
- Bakıda çətin tərbiyə edilən uşaqlar üçün müəssisə yaradılıb
- "#CodeForFuture" - İT sahəsində Azərbaycan tələbələrinin uğura gedən yolu
Rəylər