Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
"Buzovna 1-97" qaz təchizat mərkəzindən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Pirşağı-Novxanı-Xırdalan-M4 yeni avtomobil yolunun tikintisi ilə əlaqədar "Bilgəh-1" qaz xəttinin tikinti sahəsinə düşən hissəsinin təhlükəsiz əraziyə köçürülməsi, birləşmə işləri, həmçinin Binəqədi rayonu, S.S.Axundov küçəsi, 37 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının təbii qazla təmin olunması məqsədilə 30 yanvar 2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən bildirilib.
Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Nardaran və Pirşağı qəsəbələrinin, Bilgəh qəsəbəsi, Ləhic bağları, Pirşağı qəsəbəsi, Sovxoz yaşayış massivinin və Binəqədi rayonu üzrə S.S.Axundov, A.Kunanbayev, Aydınbəyov, İ.Hacıyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Azəriqaz İstehsalat Birliyi" teqi üzrə xəbərlər
- Bakının Nərimanov rayonunun bir hissəsində qaz olmayacaq
- Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq
- Texniki müayinələrə şərait yaratmayan abonentləri nə gözləyir? - "Azəriqaz" rəsmisi aydınlıq gətirdi
- Maştağa qəsəbəsində mənzillərə verilən qazın təzyiqi ilə bağlı sakinlərdən NARAZILIQ
- İmişli və Saatlının qaz təchizatında fasilə yaranacaq
Rəylər