Yardımlı şəhərinin bəzi ərazilərdində qazın verilişində fasilələr yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Yardımlı şəhərinin H.Əliyev küçəsində "MətinQaz" MMC podratçı təşkilatı tərəfindən quraşdırılmış keçidin mövcud qaz xəttinə birləşdirilməsi məqsədilə 22 iyul 2025-ci il tarixində saat 15:00-dan etibarən işlər başa çatanadək qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qeyd olunan işlərlə əlaqədar Yardımlı şəhərinin bir hissəsi də daxil olmaqla, ümumilikdə 8 yaşayış məntəqəsində - Qabaqdibi, Köryədi, Mişkireyin, Vəlixanlı, Dəlləkli, Ostayır, Sırıq kəndləri və Yardımlı şəhərinin müəyyən ərazilərində 2100 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.