Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Oxu.Az xəbər verir ki, Azərbaycan Prezidentinin 23 noyabr 2024-cü il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin funksiyalarının "Azərenerji" və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətlərinə ötürülməsi ilə əlaqədar elektrik yarımstansiyalarında cəmiyyətin balans mənsubiyyətli sərhədlərində elektrik sayğaclarının quraşdırılması məqsədilə Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Belə ki, 10 mart 2025-ci il tarixində 110/35/10 kilovoltluq "Naxçıvan" yarımstansiyasından qidalanan ərazilərdə saat 10:00-dan 13:00-dək, 110/35/10 kilovoltluq "Xalçaçılıq" yarımstansiyasından qidalanan ərazilərdə 15:00-dan 17:00-dək, 110/10 kilovoltluq "Koroğlu" yarımstansiyasından qidalanan ərazilərdə isə saat 17:00-dan 18:00-a dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.