Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz kəsiləcək
Binəqədi, Suraxanı, Sabunçu və Xəzər rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 21.05.2024-cü il tarixdə saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı dayandırılacaq.
Bu barədə "Azəriqaz" İB-dən bildirilib.
Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə DSK yolu, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinin, Suraxanı rayonu üzrə MİDA yaşayış kompleksinin, Xəzər rayonu üzrə Kənd Buzovna adlanan ərazinin və Buzovna qəsəbəsinin, Sabunçu rayonu üzrə isə Maştağa qəsəbəsi, Subtropik Sovxozu adlanan ərazinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
22:12
Mayın 21-dən 23-nə qədər Şəmkir şəhərində və bir neçə kəndlərində qaz olmayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.
Bildirilib ki, bəzi texniki səbəblərdən sabah saat 9:00-dan mayın 23-dək Şəmkir AQPS-dən qidalanan Şəmkir şəhəri, Dəllər qəsəbəsi, Dəllər Cəyir, Dəllər Daşbulaq və Dəllər Cırdaxan kəndlərində qaz təchizatında fasilə yaranacaq.
"Azəriqaz İstehsalat Birliyi" teqi üzrə xəbərlər
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- "Azəriqaz" tərəfindən illik 8.4 milyard kubmetr qazın qəbulu və satışı həyata keçirilir
- "Azəriqaz" məhkəmədə cəzalandırıldı - "Atletlər kəndi"nin 72 min manat borcu silindi
- Sabah Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq
- Əhalinin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq