Xətai rayonunun bəzi ərazilərində suyun verilişində müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, diametri 200 millimetr olan içməli su xəttinin diametri 600 millimetr olan magistral su kəmərinə birləşdirilməsi ilə əlaqədar Xətai rayonunun bəzi ərazilərində suyun verilişi müvəqqəti məhdudlaşdırılacaq.
İşlərin aparılması ilə əlaqədar avqustun 25-i saat 23:00-dan avqustun 26-sı gecə saatlarınadək abonentlərə içməli suyun verilməsi dayandırılacaq.
Qaynar xətt:
(055) 224 12 12