Salyan-Noxudlu-Sabirabad yolunda avtomobil qəzası baş verib.
Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 06:00-da qeydə alınıb.
1991-ci il təvəllüdlü Heybət Rafət oğlu Allahverdiyev "Mercedes" markalı, 99-SE-583 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirib, nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı yanacaqdoldurma məntəqəsinə məxsus reklam lövhəsinə çırpılıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.
Qeyd olunub ki, hadisə nəticədə sürücü xəsarət alıb, faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova