Salyanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlar var.
“Report”un məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Mikroavtobusun yük maşını ilə toqquşması ilə nəticəsində 11 nəfər xəsarət alıb.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, sözügedən qəzada kəllə-beyin travması alan Salyan şəhər 4 saylı orta məktəbin 10-cu sinif şagirdi, Qırxçıraq kənd sakini, 2008-ci il təvəllüdlü Fərid Xalıq oğlu Məlikzadə axşam saatlarında xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.