"Salyan rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi Ələt-Astara yolunun 56-cı kilometrliyində qeydə alınıb".
Bu məlumat Oxu.Az-ın soğusuna cavab olaraq baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.
"Bu gün saat 12:30-da A.Nuriyevin idarə etdiyi "Mersedes Atego" markalı yük avtomobili idarəetmədən çıxıb.
Nəticədə nəqliyyat vasitəsi yolun ortasındakı arakəsməyə çırpılaraq aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Bakı-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) görüntülər daxil olub.
Məlumata görə, 77-ET-185 dövlət qeydiyyat nişanlı TIR yolun ortasındakı beton arakəsməyə çırpıldıqdan sonra aşıb.
İlkin məlumata əsasən, hadisəyə nəqliyyat vasitəsinin ön təkərinin partlaması səbəb olub.
Qəza nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.