Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şamaxıda 9 yaşlı məktəblinin faciəli ölümü ilə bağlı DETALLAR - Hadisə yerindən görüntülər
Şamaxıda 9 yaşlı məktəblinin zəhərlənməsi ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az Baku TV-yə istinadən məlumat verir ki, Maksud Cəbrayıllı anası ilə birlikdə marketə gedərək bazarlıq ediblər.
Dayısı Kazım Cəbrayılovun sözlərinə görə, həmin qidadan yalnız Maksud yeyib. Günorta saatlarında vəziyyəti pisləşdikdən sonra onu xəstəxanaya aparıblar və ona qida zəhərlənməsi diaqnozu qoyulub.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Ətraflı süjetdə:
Rəylər