Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

La Liqa: "Barselona" "Alaves"i minimal hesabla məğlub etdi
İspaniya La Liqasının 22-ci turunun "Barselona" - "Alaves" matçı başa çatıb. Komandalar Barselonadakı "Olympic Lluís Companies" stadionunda çıxış ediblər. Matçı Xose Munuera Monteronun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Oxu.Az xəbər verir ki, qarşılaşmada yeganə qolu 61-ci dəqiqədə "Barselona"nın hücumçusu Robert Levandovski vurub - 1:0.
22 oyundan sonra "Barselona" 45 xalla La Liqa turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Alaves" də eyni sayda oyundan sonra 21 xalla 18-ci yerdədir.
Turnir cədvəlinə 49 xalla "Real Madrid" başçılıq edir.
"Barselona FK" teqi üzrə xəbərlər
- Lamin Yamal UEFA Çempionlar Liqasında ilkə imza atdı
- Çempionlar Liqasının 1/8 final mərhələsinin son oyunlarını hansı kanallardan izləmək olar?
- "Barselona"nın ulduzu UEFA Çempionlar Liqasında ən çox qol vuran braziliyalı oldu
- Sabiq komandası Dani Alveşdən təzminat tələb edir
- UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinə adlayan ilk komanda məlum oldu
Ən çox oxunanlar