Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Babək rayonunda avtomobil yoldan çıxaraq qaz borusuna ÇIRPILDI: Xəsarət alan var
Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Nuhçıxan"a istinadən xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində qeydə alınıb.
Belə ki, 67-BL-197 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq yol kənarında olan qaz borusuna, rabitə dirəyinə, ardınca tikiliyə çırpılıb.
Qəza zamanı bir nəfər xəsarət alıb. İlkin məlumata görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
"Babək rayonu" teqi üzrə xəbərlər
- Naxçıvanda universitet tələbəsi təcili tibbi yardım avtomobilində ölüb
- Gənc oğlan qonşusunun evindən oğurladığı pulu restoranda xərclədi - HÖKM
- Naxçıvanda top mərmisi tapılıb
- Bakıda 750 min manatlıq fırıldaq: Nazirliyin işçisini aldadaraq...
- Naxçıvanda Araz çayı ilə bağlı 34 milyonluq layihənin icrasına başlanılır
Ən çox oxunanlar
Rəylər