Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Uzunoba kəndi ərazisində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə "Mercedes" markalı minik avtomobili ilə "Hyundai" markalı avtobusun toqquşması nəticəsində qeydə alınıb.
Qəza nəticəsində 2007-ci il təvəllüdlü Kənan Babək oğlu Rüstəmov, 2006-cı il təvəllüdlü Kamran Vüqar oğlu Sadıqov və 1963-cü il təvəllüdlü Tamara Yusif qızı Tağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.