Bu gün Şamaxı rayonunda Novruz çərşənbələrinin üçüncüsü - Yel çərşənbəsi qeyd olunub.
Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə əlaqədar, Şamaxı rayonunda şənlik keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, rayon sakinləri, orta məktəb kollektivləri iştirak ediblər.
Yel çərşənbəsi münasibəti ilə bütün küçələrdə və həyətlərdə tonqallar qalanıb. Rayon mərkəzində qurulmuş bayram tonqalı ətrafında uşaqlar və gənclər rəqs edib, mahnı oxuyublar.
Martın 19-da rayon mərkəzində xüsusi bayram tədbirinin keçirilməsi planlaşdırılıb.
Azərbaycanda martın 19-da son çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.
Bu il Azərbaycana yaz fəsli martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək. Martın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.
Rəşad Aydın