Lənkəran sakini Veravul çayında boğulub.
Oxu.Az-ın regional müxbirinin məlumatına görə, hadisə rayonun Veravul kəndində baş verib. Kənd sakini, 45 yaşlı Şamu Hacıyev ehtiyatsızlıqdan çaya yıxılıb, çay çox dərin olduğundan o suda batıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırılıb.
FHN-nin xilasediciləri axtarışlardan sonra onun cəsədini tapıb və aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.