Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyə səmada olan “Boeing 737 Max 8” təyyarələrini geri çağırıb
“Türk Hava Yolları”nın (THY) balansında olan 3 “Boeing 737 Max 8” sərnişin təyyarəsi uçuşu başa vurmadan geri çağırılıb.
Yenişafak.com xəbər verir ki, Türkiyə Mülki Aviasiya Təşkilatı belə bir qərar verib.
İstanbul Atatürk Hava Limanından səmaya qalxaraq, Böyük Britaniyaya istiqamət götürən 3 təyyarənin geri qaytarılmasına səbəb, martın 10-da “Efiopiya Hava Yolları”na məxsus “Boeing 737 Max 8” və eyni tipli təyyarələrin bundan əvvəlki qəzalarıdır.
Bildirilib ki, uçuşlar təhlükəsizlik məqsədilə müvəqqəti dayandırılıb.
Hazırda THY-nin balansında 12 ədəd “Boeing 737 Max 8” təyyarəsi var.
Qeyd edək ki, Türkiyə ilə yanaşı Almaniya, Avstraliya, Sinqapur, Malayziya, Oman, Çin, Cənubi Koreya, Hindistan və digər ölkələrə məxsus ümumilikdə 26 aviaşirkət bu təyyarələrlə uçuşu dayandırıb.
Xatırladaq ki, martın 10-da “Ethiopian Airlines” şirkətinə məxsus “Boeing 737” hava gəmisi qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olub.
Rəylər