Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Samuxda bir hektar ərazi yanıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Samux rayonunun Burunqovağ kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidməti Samux rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində qamışlıq sahədə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1 hektar sahədə qamışlıq yanıb, ətraf ərazilər yanğından mühafizə olunub.
Samuxda bir hektar ərazi yanıb - VİDEO

"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Ağsuda mehmanxananın fəaliyyəti dayandırıldı
- FHN-dən Novruz çərşənbələrində yanğın təhlükəsizliyi ilə bağlı MÜRACİƏT
- Bakıda yaşayış binasında güclü yanğın olub
- Bakıda 10 mərtəbəli yaşayış evində partlayış olub, xəsarət alan var
- FHN Akademiyasında təhsil almaq istəyənlərə FÜRSƏT - Kursant qəbulu elan edilir
Ən çox oxunanlar