Samux rayonunda yaşayış evi yanıb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Sarıqamış kəndində baş verib.
Belə ki, Pərviz Hacıyevə məxsus 240 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü tamamilə ilə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Samux rayon yanğından mühafizə bölməsinin 2 yanğın söndürən maşını və 10-a yaxın əməkdaşı cəlb olunub və yanğın söndürülüb.
Hadisə zamanı ev sahibinin ailə üzvləri evdə olub. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb.
