Gəncə-Samux yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Samux rayonu istiqamətində yolun 1-ci km-də “VAZ2107” markalı maşınla “Opel” markalı maşın toqquşub.
Nəticədə, Samux rayon sakini, 1946-cı il təvəllüdlü Elham Nəsibov həyatını itirib, digər yaralı Göygöl sakini Nicat Məhərrəmov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Nazir Quliyev