Sankt-Peterburqun Pulkovo hava limanından Bakıya yeni aviareyslər açılacaq.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə hava limanının operatoru məlumat yayıb.
Pulkovo hava limanı bu gündən yaz-yay iş rejiminə keçir. Rusiya aviaşirkətləri yaxın vaxtlarda hava limanından Bakı, Roma, Veron, Barselona, Palma-de-Mayorkaya yeni aviareyslər açmağı planlaşdırırlar.
Yay mövsümündə bu hava limanından Zaqreb, Belqrad və Şanxaya da yeni aviareyslər açılacaq. Uçuş cədvəllərinə əsasən Rusiya aviaşirkətlərindən biri Sankt-Peterburqdan Batumiyə aviareyslər təşkil edəcək.
Yay uçuş cədvəli 29 oktyabr 2016-cı ilə qədər qüvvədə olacaq.