Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
"Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı yanğın zamanı vəziyyəti orta ağır qiymətləndirilən şəxs Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub".
Bu məlumat Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 20 dekabr saat 12:30-da Sumqayıt, Saray qəsəbəsi MTK ərazisindən yaşayış binasında partlayış baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.
2005-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya edilib.
Üzün, hər iki əlin, sağ budun yanığı diaqnozları təyin edilən şəxsə xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova
Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı yanğının təfərrüatı məlum olub.
Şahidlərin sözlərinə görə, hadisə qazsızma səbəbindən baş verib.
"Qazı açan kimi partlayıb, qızın üzü, saçı yanıb", - deyə qonşu Baku TV-yə açıqlamasında deyib.
Daha ətraflı videomaterialda:

Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verir.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Əlavə məlumat veriləcək.

"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Hacıqabulda qatarda yanğın OLDU: Zəhərlənənlər var
- Türkiyədə tarixi "Misir çarşısı" ərazisində yanğın olub
- Türkiyədə hoteldə yanğınla bağlı həbs edilənlərin SAYI ARTDI - İki məmur da həbsxanaya göndərildi
- Nigeriyada dini məktəbdə güclü yanğın: Çox sayda şagird ölüb
- Türkiyədə 78 nəfərin həyatını itirdiyi hotel sahibinin həyat yoldaşı ilə bağlı qərar verildi
Rəylər