Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sarayı Sumqayıtla birləşdirən körpüdə SON VƏZİYYƏT
Sumqayıtdan Abşeron rayonuna və əks istiqamətdə hərəkət üçün nəzərdə tutulan Saray körpüsündə son tamamlanma işləri aparılır.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, bunun üçün ərazidə xeyli sayda canlı qüvvə və texnika gücləndirilmiş iş rejimində çalışır.
Saray körpüsünün söküntüsündən sonra çətin duruma düşən sakinlər bildirirlər ki, təmir-tikinti işlərinin sürətləndirilməsi onları sevindirir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, Saray körpüsündə işlərin 70 faizi demək olar ki, görülüb.
Saray körpüsünün qısa vaxt ərzində tikilərək sakinlərin istifadəsinə verilməsi planlaşdırılır.
Ətraflı süjetdə:
