Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Astronavtdan MÖHTƏŞƏM KADR: Yerin üfüqündən kənarda Süd Yolu
NASA astronavtı Don Pettit Beynəlxalq Kosmik Stansiyadan (BKS) Süd Yolunun unikal fotosunu çəkib.
Oxu.Az bu barədə gizmodo.com-a istinadən xəbər verir.
Sənət əsərini xatırladan bu görüntü, Yer üfüqünün arxasında qalaktikamızın bir hissəsini əks etdirir. Foto 424 kilometr hündürlükdə, Sakit Okean üzərində, Günəş doğmadan əvvəl çəkilib.
Bildirilir ki, Pettit kosmosun möhtəşəm kadrlarını çəkməsi ilə tanınır. Keçən ilin dekabrında o, Böyük və Kiçik Magellan Buludlarını - bizə ən yaxın cırtdan qalaktikalarını görüntüləmişdi. Bu dəfə isə o, Yerin və Süd Yolunun inanılmaz mənzərəsini paylaşır.
Qeyd edək ki, Don Pettit hazırda NASA-nın 72-ci ekspedisiyasının üzvüdür. Missiyada, həmçinin Sunita Uilyams və Butç Uilmor da var. Onlar mart ayında "Crew Dragon" gəmisində Yerə qayıtmalıdırlar.