Bakı küçələrində “Şaxta Baba yoxsa Santa Klausa üstünlük verirsiniz?” mövzusunda keçirilmiş sorğuda rəyi soruşulanların əksəriyyəti Şaxta Babaya yox, Santa Klausa üstünlük verirlər.
Oxu.Az xəbər verir ki, onlar Şaxta Babanın mənəvi cəhətdən köhnəldiyini və indi Santa-Klausun daha aktual personaj olduğunu vurğulayıblar.
Nə deyək, əslində müasirliyə doğru inkişaf sevindirməyə bilməz. Lakin hər halda hələlik Şaxta Babanın cəmiyyətimizdə mövqeləri Santa Klausdan daha güclüdür... Ən azından ona görə ki, paytaxt sakinləri sonuncunun adını da düzgün deyə bilmirlər.