Yanvarın 28-nə keçən gecə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən özəl klinikada intihar edən türkiyəli həkimin meyiti ailəsinə təhvil verilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Həsən Əliyev küçəsi 116 ünvanında yerləşən “Medistyle” klinikasında özünü öldürən 1967-ci il təvəllüdlü Hakan Karadenizin qardaşı bu gün Bakıya gəlib. H.Karadenizin meyiti ailəsinə təhvil verilib.
H.Karadeniz həkim olduğu üçün ən rahat intihar üsulunu seçib. O, qoluna qanvermə üçün nəzərdə tutulmuş iynəni sancdıqdan sonra müəyyən qədər qan itirib və özündən gedib. H.Karadenizin bədənindən 3 litrdən artıq qan döşəməyə axıb.
Bildirilir ki, anestezioloq olan H.Karadenizin ölkəsində külli miqdarda kredit borcu olub. O, bir neçə il əvvəl İstanbulda yol qəzasına da düşüb.