Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Seçki ilə bağlı yayılmış video başqa ölkədə çəkilib” - RƏSMİ
Bu gün bir sıra sosial media platformalarında 44 saylı Sumqayıt üçüncü seçki dairəsinin 21 saylı məntəqəsində çəkildiyi iddia edilən görüntülər yayılıb. Görüntülərdə qutuya bülletenlərin topa şəklində atılması öz əksini tapıb.
Oxu.Az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə yaydığı açıqlamada bildirilir.
“Video manipulyasiya məqsədilə hazırlanıb və heç bir reallığı əks etdirməyən saxta məlumatdır. Araşdırmalar zamanı bu videonun 2019-cu il sentyabrın 8-də başqa bir ölkədə çəkildiyi müəyyən edilib.
Son illər bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən saxta xəbərlərə qarşı respublikamızda da müvafiq qurumlar mübarizə və geniş maarifləndirmə işləri aparır.
Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların təsirinə düşməmək üçün sayıq olmağa çağırırıq.
Qeyd olunan saxta hesabların mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”, - deyə məlumatda qeyd olunub.
"MEDİA" teqi üzrə xəbərlər
- İsmayıl Rafiqoğlu: "Sosial mediada yaşayan gənclik hər cür cəfəngiyyatı paylaşmağa hazırdır"
- Qulu Məhərrəmli: "Yayılan məlumatların qiymətləndirilməsi media savadlılığının əsas məqsədidir"
- "Global Media Group"un yeddi əməkdaşı MEDİA-nın fərdi jurnalist müsabiqəsinin qalibi olub
- MEDİA-nın Müşahidə Şurasının tərkibi təsdiqləndi - SİYAHI
- Prezident seçkisində medianın rol və vəzifələrinə həsr olunan praktiki seminar keçirilib
Rəylər