"Gözümüz yoldan yığıldı".
Bunu Oxu.Az-a açıqlamasında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab olunan, 30 il sonra şəxsiyyəti müəyyənləşdirilərək dəfn edilən şəhid Aydın Əsədulla oğlu Qurbanovun anası Yasəmən Mahmudova deyib.
Y.Mahmudova oğlunun müharibəyə könüllü yollandığını qeyd edib:
"31 il bundan öncə müharibəyə könüllü yollandı. Qardaşı, əmisi oğlu da gedirdilər. Dedi ki, gedim, hamımız birlikdə salamat qayıdaq. Çox vətənpərvər idi. İndi gözümüz yoldan yığıldı. Ziyarət edəcəyimiz bir məzarı olacaq".
Nəzrin Vahid
Rəylər