"20 Yanvar gecəsi evdə idik, televizora baxırdıq. Birdən zəng gəldi, telefonu mən götürdüm. Dedilər ki, Mehmanı snayperlə vurublar. Güllə kürəyindən dəymişdi".
Baku TV-nin məlumatına görə, bu sözləri 20 Yanvar şəhidi Mehman Muradovun bacısı Zərifə Muradova deyib:
"Mehman cəmi beş ay öncə ailə qurmuşdu və övladı yox idi. Qardaşım uşaqlıqdan vətənpərvər ruhda böyümüşdü. Vətənimizi müdafiə etmək üçün canından keçdi. Bacımgil qardaşımı tapmaq üçün çox əziyyət çəkiblər. Tankların yanında yalvara-yalvara onu axtarıblar. Bir gün sonra dedilər ki, meyiti "Semaşko" xəstəxanasının morqundadır. Hamımız fəxr edirik ki, belə qəhrəman qardaşımız var".