İndoneziyanın Sumatra adasında şiddətli daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 1 200-ə çatıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, məlumatı İndoneziyanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi yayıb.
Fəlakət nəticəsində 143 nəfər itkin düşüb.
İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi daşqınlara noyabrın sonundan bəri bölgədə davam edən güclü yağışların səbəb olduğunu bildirib. Sel suları yaşayış binalarına, yollara və infrastruktura ziyan vurub və xilasedicilərin zərərçəkmiş ərazilərə çatmasına mane olub. İndoneziyanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin rəhbəri bildirib ki, Sumatrada daşqınlar və torpaq sürüşmələrindən yaranan iqtisadi itkilər 51.82 trilyon İndoneziya rupisi (3.3 milyard dollar) təşkil edəcək.