Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şəhid Muğan Əliyevin Edillidə aşkarlanan qalıqları Füzulidə torpağa tapşırılıb
Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Çimən və Cuvarlı kəndləri uğrunda gedən döyüşlərdə itkin düşən Muğan Gəray oğlu Əliyevlə vida mərasimi keçirilib.
APA-nın xəbərinə görə, şəhidin nəşinin qalıqları Xocavəndin Edilli kəndində kütləvi məzarlıqda aşkarlanıb və 32 ildən sonra Füzuli şəhərində torpağa tapşırılıb.
Şəhid Muğan Əliyevin nəşi İkinci Mahmudlu kənd məscidinə gətirilərək vida mərasimi təşkil olunub. Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, rayon rəhbərliyi, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məsciddə cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhidin nəşinin qalıqları işğaldan azad olunan Füzuli şəhərində qəbiristanlıqda torpağa tapşırılıb.
Qeyd edək ki, Muğan Gəray oğlu Əliyev 1958-ci ildə Füzuli rayonu Çimən kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi başlayanda döyüşlərə qoşulub. 1992-ci il aprelin 12-də Füzuli rayonunun Çimən və Cuvarlı kəndləri uğrunda gedən döyüşlər zamanı itkin düşüb. Daha sonra ailə üzvləri ondan xəbər ala bilməyiblər.
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Şəhid bacısı ilə şəhid qardaşı nişanlandılar
- Şuşada Birinci Qarabağ müharibəsinin şəhidi Hidayət Qarayev dəfn edilib
- Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Möhübbət Mustafayev dəfn edilib
- Zaqatalada Birinci Qarabağ müharibəsinin şəhidi Ramiz Mahmudov dəfn edilib
- Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib
Rəylər