Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şəhid oğlu: "Atam olmaqla yanaşı, ən yaxın dostum idi"
"31 ildir ki, yolunu gözləyirdik. Bu xəbər gələndə həm kədərləndik, həm də sevindik. Ona görə kədərləndik ki, sağ-salamat gəlməsini gözləyirdik, ancaq əksi oldu. Sevinməyimizin səbəbi isə odur ki, ən azından, ziyarət edə biləcəyimiz bir məzarı olacaq".
Oxu.Az xəbər verir ki, bu fikirləri Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Əbülfəz Əbilovun oğlu Eynulla Əbilov deyib.
E.Əbilov sözlərini belə yekunlaşdırıb:
"O, atam olmaqla yanaşı, həm də ən yaxın dostum idi. Bütün şəhidlərimizin məkanı cənnət olsun, vətən sağ olsun!"
Məhərrəm Əliyev
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Şəhid Sahil İbrahimovun qardaşı: "32 ildir ki, yolunu gözləyirdik"
- Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Sahil İbrahimov dəfn edildi
- I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
- Sabah I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
- Şəhidin nəşinin qalıqları 31 il sonra dəfn edildi: "Gözü yolda qalmaq çətin idi"
Ən çox oxunanlar