Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Şəhid Orxan Əsgərovun nəşi İkinci Şəhidlər xiyabanında dəfn olundu - YENİLƏNİB - FOTO/VİDEO
Şəhid Orxan Əsgərovun nəşi İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Oxu.Az xəbər verir ki, dəfndən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, havaya yaylım atəşi açılıb.
Mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, daxili işlər naziri Vilayət Eyvazov, müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev, müdafiə nazirinin müavini Kərim Vəliyev, şəhidimizin yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı aparılır.
Xatırladaq ki, ötən gün axşam şəhidin nəşi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə gətirilmişdi.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan İcması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
- "Haber Global": "Mərhum Prezident Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi"
- Valentina Matviyenko Şəhidlər xiyabanını ziyarət edib
- Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir
- Şimali Makedoniya prezidenti Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıb