"Bu gün hər birimiz üçün qürurlu gündür. Zəfər Günündə bir gözümüz gülsə də, şəhidlərimizə görə bir gözümüz ağlayır. Şəhidlərimizin qanı, canı bahasına bu qələbəni qazanmışıq".
Bu sözləri Oxu.Az-a açıqlamasında şəhid leytenant Elvin Şükürlünün qardaşı, Vətən müharibəsi iştirakçısı kapitan Elnur Şükürlü deyib.
"Bu Zəfər ordumuzun qüdrəti, şəhidlərimiz və qazilərimizin şücaəti ilə yanaşı, dövlət-xalq birliyinin nəticəsidir:
"Zəfər təkcə səngərdə döyüşən əsgərlərin üşüyən əlləri ilə deyil, həm də onların yolunu gözləyən anaların, övladların duaları, millətimizin birliyi ilə qazanılıb. Allah bir daha bizə müharibə yaşatmasın. Allah dövlətimizi, xalqımızı qorusun. Başda Ali Baş Komandanımız olmaqla bütün xalqımızı bu qələbə münasibəti ilə təbrik edirəm", - deyə şəhid qardaşı əlavə edib.
Mərahim Nəsib