Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Muxtar Bayram oğlu Məmmədovla Sədərək rayonunun Dəmirçi kəndində vida mərasimi keçirilib.
Daha sonra Muxtar Məmmədovun nəşi Şərur Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin bacısı Zərgül Məmmədova qardaşının canını Vətən yolunda verdiyini qürurla vurğulayıb:
"31 ildir qardaşımın yolunu gözləyirdik. Anam onun həsrətinə dözə bilmədi. Sevinirəm ki, artıq qardaşımın üstündə ağlaya biləcəyim bir məzarı var".
Daha ətraflı Baku TV-nin süjetində: