Azərbaycanlılar qida rasionunda əsasən ət və çörəyə üstünlük verirlər.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli jurnalistlərə açıqlamasında bildirib.
Nazirliyin mətbuat katibi qeyd edib ki, Bakı və şəhərətrafı ərazilərdə 18-24 yaş arası 1000 nəfər arasında sorğu keçirilib. Sorğu zamanı respondentlərin çoxunun ən çox su və çay qəbul etdiyi məlum olub. Avropada insanların qida rasionunda əsas meyvə-tərəvəz məhsulları yer tutur. Lakin Bakı və şəhərətrafı ərazilərdə keçirilən sorğu zamanı məlum olub ki, onların qida rasionunda 26% ət, 25% çörək, 19% isə meyvə-tərəvəz məhsulları yer tutur.
Anar Qədirlinin qeyd etdiyinə görə, bundan başqa, sorğu zamanı o da məlum olub ki, respondentlər əsasən oturaq işə üstünlük verirlər.
Elvin Əhmədov
www.oxu.az