Hazırda Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində Bakıda yanğın baş verən binada xəsarət alan 10 nəfərin müalicəsi davam etdirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Oxu.Az-a bildirib ki, onlardan 3-ü uşaq, 6-sı qadın, 1-i kişidir.
“Bu gün xəstələrdən 1960-ci il təvəllüdlü Elvira Manafova, dünən isə onun qızı Səbinə Manafova evə buraxılıb. Hazırda bütün xəstələrin vəziyyəti stabildir. Onlarla psixoloqlar işləyirlər və həkimlərin daimi nəzarətindədirlər”, - o deyib.
Xatırladaq ki, Bakının Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.