Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Səhiyyə Nazirliyindən yeni format: Sertifikasiya imtahanlarında 100 suallıq test və dərhal nəticə
Səhiyyə Nazirliyinin məlumatına görə, sertifikasiya suallar bazası hər il təxminən 20% yenilənir. Hazırda bazada 65 minə yaxın test və 6 450 klinik məsələ mövcuddur.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Milli Məclisdə çıxış edən səhiyyə naziri Teymur Musayev nazirlik tərəfindən Milli Məclisin Səhiyyə Komitəsinə təqdim edilən "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası"nda dəyişiklik layihəsinin müzakirəsi zamanı məlumat verib.
Səhiyyə naziri qeyd edib ki, yeni yanaşmaya əsasən, imtahanlar 100 ixtisaslaşdırılmış sualdan ibarət olacaq. Qiymətləndirmə zamanı 80 və daha çox bal toplayanlar müvəffəq hesab olunacaqlar. Bundan başqa, beynəlxalq bazalardan alınmış yeni suallar əsasında imtahanların həm elektron, həm də kağız formatda keçirilməsi nəzərdə tutulur:
"Elektron imtahan nəticəsi dərhal ekranda əks olunacaq, kağız daşıyıcılarda isə nəticə maksimum üç saat ərzində təqdim ediləcək. Əlilliyi olan şəxslər üçün də imtahanlarda xüsusi şərait yaradılıb. Görmə qabiliyyəti məhdud olan namizədlərə fərdi nəzarətçi təyin olunur, testlər audiomateriallarla təmin edilir və imtahan müddətinə əlavə 60 dəqiqə artırılır.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- "SİMA İmza" ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu
- "Həmkardan həmkara qayğı ilə" layihəsinin növbəti mərhələsi Laçında keçirilib
- Azərbaycanın bir sıra çimərliklərində normadan artıq ÇİRKLƏNMƏ AŞKARLANDI
- "Mərcan" klinikasında gizli əməliyyatlar: Lisenziyasız fəaliyyətə görə protokol tərtib edildi
- Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək