Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İsmayıllıda sosial şəbəkədə dələduzluq edən şəxs tutulub
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 40 yaşlı Vilyam Məmmədov saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, o, "TikTok" sosial şəbəkəsində özünü tikinti materiallarının satışı ilə məşğul olan şəxs kimi təqdim edərək müraciət edən şəxslərin pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, V.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Baş həkimə qarşı 95 minlik dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxıldı
- Onlayn kredit götürmək istədi, qarşı tərəfin dələduzluğunun qurbanı oldu
- Piramida dələduzluğunda təqsirləndirilən "Zevs"in qardaşı hakim qarşısında
- Azərbaycanda futbol klubunun rəhbəri, şirkət sahibi həbs edilib - TƏFƏRRÜAT
- Tanınmış bloqerlərin reklam etdikləri şirkətin rəhbəri vətəndaşlara İKİ MİLYON manat ziyan vurub