Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Səhiyyə Nazirliyi tərəfindən yeni təşəbbüs: Sertifikasiya və peşəkar inkişaf üçün yeni seçim imkanı
Səhiyyə Nazirliyi tərəfindən tibb mütəxəssisləri üçün yeni qanunvericilik təşəbbüsü hazırlanıb. Layihəyə əsasən, həkimlər və tibb işçiləri iki seçimdən birini edə biləcəklər: ya beş il ərzində hər il 50 kredit olmaqla cəmi 250 kredit toplamaqla davamlı peşəkar inkişaf yolunu seçə, ya da dövri olaraq sertifikasiya imtahanında iştirak edə bilərlər.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisdə çıxış edən səhiyyə naziri Teymur Musayev nazirlik tərəfindən Milli Məclisin Səhiyyə Komitəsinə təqdim edilən "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası"nda dəyişiklik layihəsinin müzakirəsi zamanı məlumat verib.
Nazir bildirib ki, imtahandan keçməyən tibb işçisi üçün altı ay müddətinə əmək yeri və vəzifə maaşı saxlanılacaq. Bu müddətdə həmin şəxs diqqətini tam şəkildə təkrar hazırlığa yönəldə biləcək:
"Davamlı peşəkar inkişaf kreditləri tibb işçisinin elmi, tədris və ya praktiki fəaliyyəti ilə toplana biləcək. Həmçinin iştirak ediləcək tədbirlər və akkreditasiya olunmuş inkişaf proqramları Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən müəyyən ediləcək və nazirliyin rəsmi internet səhifəsində açıqlanacaq.
"Hazırda bu istiqamətdə iki əsas normativ sənədin - "Davamlı peşəkar inkişaf tədbirlərinin akkreditasiyası Qaydası" və kredit ekvivalentləri ilə bağlı tələblərin layihələri üzərində işlər davam etdirilir", - deyə Teymur Musayev qeyd edib.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- "100 manata 9 sm boy artımı" vədi: Azərbaycanda yeni dələduzluq?
- Milli Hematologiya və Transfuziologiya Mərkəzində analiz cavabları ilə bağlı YENİLİK
- Hamilə qadınlar virus və infeksiyalardan qorunmaq üçün nələrə diqqət etməlidirlər?
- "SİMA İmza" ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu
- "Həmkardan həmkara qayğı ilə" layihəsinin növbəti mərhələsi Laçında keçirilib